Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub

Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub Bir qadın başqa qadınlar tərəfindən döyülüb
Hadisə
20 İyun , 2018 07:17
Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub

Bakı. 20 iyun. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

“Report” xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi