Yuxarı

Konvoy taborunun komandiri məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb

​Konvoy taborunun komandiri məntəqə tipli cəzaçəkmə müəssisənə

Bakıda məhbusların qaçması ilə bağlı cinayət işində təqsirli bilinən Penitensiar Xidmətin Konvoy Taborunun komandiri, polkovnik-leytenant Bəhruz Abdullayev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə "Report"a B.Abdullayevin vəkili Ziyad Abbaszadə məlumat verib.

Qeyd edək ki, sentyabrın 30-da Bakı Apellyasiya Məhkəməsi onun barəsindəki 9 il azadlıqdan məhrumetmə cəzasını 3 ilə endirib və qərarda cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Bu qərarın icrası ilə əlaqədar B.Abdullayev 1 saylı Bakı İstintaq Təcridxanasından məntəqə tipli cəzaçəkmə müəssisinə köçürülüb.

Qeyd edək ki, məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib. O, bu ayın 30-da azadlığa çıxacaq.

Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi