Yuxarı

Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb

Bakı. 21 fevral. REPORT.AZ/ Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş S.Məmmədovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun martın 15-nə təyin edilmiş iclasında baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi