Yuxarı

Konstitusiya Məhkəməsi vətəndaşın mənzillə bağlı şikayətini təmin edib

İşə mülki prosessual qanunvericiliyi ilə müəyyən edilən qaydada və müddətdə yenidən baxılacaq

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda vətəndaş Mövsüm Məmmədovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2015-ci il 25 iyun tarixli qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Rahib Məmmədovun “Əzizbəy-KM” Məhdud Məsuliyyətli Cəmiyyətlə M.Məmmədov arasında bağlanmış mənzil alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2015-ci il 25 iyun tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416-cı, 417.1.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

İşə bu qərara uyğun olaraq mülki prosessual qanunvericiliyi ilə müəyyən edilən qaydada və müddətdə yenidən baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi