Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb Azərbaycan Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb.
Hadisə
138
5 Yanvar , 2022 13:14
Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

Azərbaycan Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb.

Bu barədə "Report"a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Mülki Məcəlləsinin 340.2-ci (Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir) maddəsinin şərh edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 25-nə təyin edilən iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi