Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun mayın 12-nə təyin edilmiş iclasında baxılacaq
Hadisə
18 Aprel , 2017 21:45
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

"Report" AzərTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, S.Orucovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun mayın 12-nə təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi