Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusunu icraata götürüb

Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusunu icraata götürüb Palatanın növbəti iclası keçirilib
Hadisə
3 Avqust , 2016 14:39
Konstitusiya Məhkəməsi Ombudsmanın sorğusunu icraata götürüb

Bakı. 3 avqust. REPORT.AZ/ Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 965.2.2-ci maddəsinin Konstitusiyanın müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 29-na təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi