Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etdi

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etdi Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Hadisə
14 May , 2020 15:47
Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etdi
Konstitusiya Məhkəməsi / Report

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyun ayının 12-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, MPM-in 403.2-ci maddəsində deyilir:

“Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər”. 

Son xəbərlər

Orphus sistemi