Konstitusiya Məhkəməsi Mülki Məcəllə ilə bağlı müraciətə baxacaq

Konstitusiya Məhkəməsi Mülki Məcəllə ilə bağlı müraciətə baxacaq Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Hadisə
23 İyun , 2020 15:34
Konstitusiya Məhkəməsi Mülki Məcəllə ilə bağlı müraciətə baxacaq
Konstitusiya Məhkəməsi / Report

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 15-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin 407-ci (Müqavilənin bağlanması anı) maddəsinin 2-ci bəndinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

Son xəbərlər

Orphus sistemi