Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Hadisə
160
24 Yanvar , 2022 17:26
 Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 32-ci, 33-cü və 34-cü maddələrinin şərh edilməsinə dair Respublika Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 16-na təyin edilən iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi