Yuxarı
    Bağlamaq

    ​Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

    Müraciətə tərəflərin iştirakı ilə mayın 6-da baxılacaq

    Bakı. 21 aprel. REPORT.AZ/ Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

    Məhkəmənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 228.2-ci və Mülki-Prosessual Məcəllənin 53-cü, 149.2.3-cü və 218.3-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

    Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 6-na təyin edilmiş iclasında baxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi