​Konstitusiya Məhkəməsi Plenumunun iclası olub

​Konstitusiya Məhkəməsi Plenumunun iclası olub İşin materialları araşdırılıb müzakirə edilərək qərar qəbul edilib
Hadisə
14 Oktyabr , 2014 14:07
​Konstitusiya Məhkəməsi Plenumunun iclası olub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası olub. “Report”un xəbərinə görə, iclasda Azərbaycan İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçılarına yardım etmək vəzifəsinin apellyasiya instansiyası məhkəməsinə aid olub-olmaması baxımından şərh edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Son xəbərlər

Orphus sistemi