SOCAR-ın Kompleks Qazma İşləri Trestində yanğın təhlükəsizliyinə dair təbliğat xarakterli tədbir keçirilib

SOCAR-ın Kompleks Qazma İşləri Trestində yanğın təhlükəsizliyinə dair təbliğat xarakterli tədbir keçirilib Bakı. 25 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın Kompleks Qazma İşləri Trestində yanğın təhlükəsizliyinə dair təbliğat xarakterli tədbir keçirib.
Hadisə
25 Yanvar , 2019 09:21
SOCAR-ın Kompleks Qazma İşləri Trestində yanğın təhlükəsizliyinə dair təbliğat xarakterli tədbir keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın Kompleks Qazma İşləri Trestində yanğın təhlükəsizliyinə dair təbliğat xarakterli tədbir keçirib.

FHN-dən "Report"a bildirilib ki, tədbirdə ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələrlə bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilib. Toplantı iştirakçıları, həmçinin yanğın təhlükəsizliyi tələbləri haqqında məlumatlandırılıblar.

Görüşdə yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, "Neft, qaz və neft - kimya sənayesində təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”nın tətbiq olunmasının vacibliyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi