Komaya düşmüş azərbaycanlı qızın qohumları rusiyalı həkimləri məhkəməyə verəcəklər

Komaya düşmüş azərbaycanlı qızın qohumları rusiyalı həkimləri məhkəməyə verəcəklər Moskva. 15 dekabr. REPORT.AZ/ Rusiyanın Novosibirsk vilayətinin Səhiyyə Nazirliyi komaya düşən Aytac Hüseynovanı müayinə edib və ona qoyulan diaqnozu dəyişib.
Hadisə
15 Dekabr , 2017 15:03
Komaya düşmüş azərbaycanlı qızın qohumları rusiyalı həkimləri məhkəməyə verəcəklər

Moskva. 15 dekabr. REPORT.AZ/ Rusiyanın Novosibirsk vilayətinin Səhiyyə Nazirliyi komaya düşən Aytac Hüseynovanı müayinə edib və ona qoyulan diaqnozu dəyişib.

Bu barədə "Report"un Rusiya bürosuna Aytac Hüseynovanın əmisi Rəşad Hüseynov bildirib.

Novosibirskdə Meşalkin klinikasında komaya düşən A.Hüseynovanın yaxınları kömək üçün Səhiyyə Nazirliyinə müraciət edib.

"Nazirlik həkim konsiliumu təşkil edib və onlar xəstənin durumunu müayinə ediblər. Mərkəzi Vilayət Xəstəxanasının müxtəlif həkimlərindən və Nazirliyin nümayəndələrindən ibarət həkim konsiliumu yeni diaqnoz qoyub: apallik sindrom,"- R.Hüseynov deyib. 

R.Hüseynov qeyd edib ki, həkimlər qızın reabilitasiya mərkəzlərindən birində palliativ yardıma ehtiyacı olduğuna dair qərara gəliblər: "Meşalkin klinikasının həkimlərinin bir aydan çox müddət keçməsinə baxmayaraq, doğru diaqnoz müəyyən edə bilməməsini başa düşmürük. Bundan əlavə, onlar qızı müvafiq tibbi müəssisəyə köçürməkdən də imtina edir".

İndi qızın qohumlarının özləri müalicənin davamı üçün reabilitasiya mərkəzi axtarmaq məcburiyyətində qalıblar. Bundan başqa, onlar Meşalkin klinikasını məhkəməyə vermək niyyətindədirlər.

Xatırladaq ki, Azərbaycan vətəndaşı Aytac Hüseynova oktyabr-noyabr aylarında Y.N.Meşalkin adına Novosibirsk qan dövranı patologiyası Elmi-Tədqiqat İnstitutunda planlı müayinədən keçib. Burada qız ağciyərlərindən maye çıxarmaq üçün əməliyyat olunub, amma əməliyyatdan bir neçə saat sonra həkimlər ona koma diaqnozu qoyub.

Reanimasiyada olduğuna görə, xəstənin yaxınları gündə 39 min rubl (663 ABŞ dollar) ödəmək məcburiyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi