Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir - VİDEO

Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir - VİDEO Birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb
Hadisə
19 Noyabr , 2017 11:18
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir - VİDEO
mod.gov.az

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.

Təyin edilmiş məntəqə və rayonlarda idarəetmə məntəqələri açılaraq qoşunların idarə edilməsi həyata keçirilib. İdarəetmənin bir məntəqədən digərinə ötürülməsi məşq etdirilib.

Birləşmə və hissələrin komplektləşdirilməsi üzrə səfərbərlik tədbirləri qismən yerinə yetirilib. Komplektləşdirmə zamanı bəzi azsayılı ixtisaslı hərbi vəzifəlilərin çağırışı praktiki həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi