Gürcüstanda köhnə avtobusu yenisi ilə əvəzləyib qayıdan daha bir Azərbaycan vətəndaşı ifşa olunub

Gürcüstanda köhnə avtobusu yenisi ilə əvəzləyib qayıdan daha bir Azərbaycan vətəndaşı ifşa olunub Bakı. 2 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan vətəndaşı Tofik İlyasovun idarə etdiyi avtobus gömrükçülər tərəfindən saxlanılıb və idarənin dayanacağına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Hadisə
2 Fevral , 2019 11:12
Gürcüstanda köhnə avtobusu yenisi ilə əvəzləyib qayıdan daha bir Azərbaycan vətəndaşı ifşa olunub

Bakı. 2 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan vətəndaşı Tofik İlyasovun idarə etdiyi avtobus gömrükçülər tərəfindən saxlanılıb və idarənin dayanacağına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə yaradıb.

İlkin araşdırma zamanı məlum olub ki, Tofik İlyasovun idarə etdiyi 2006-cı il buraxılışlı, "NEOPLAN" markalı, 806698 şassi nömrəli 99KN983 dövlət nömrə nişanlı avtobus Şəmsəddin Qasımov adlı başqa bir şəxs tərəfindən idarə edilərək Gürcüstana aparılıb. Daha sonra Ş.Qasımov idarə etdiyi həmin şərnişin avtobus ilə eynilik təşkil etməyən, ağ rəngli "NEOPLAN" markalı yeni model başqa nəqliyyat vasitəsini "Mazımçay" gömrük postundan keçirməklə Azərbaycana gətirib. O, sərnişin avtobusunu yeni modeli ilə əvəz edib gətirərkən idarə etdiyi nəqliyyat vasitəsini yenə də əvvəlki - 99-KN-983 dövlət nömrə nişanı altında keçirib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyyən edilib ki, "NEOPLAN" markalı avtobusun 806698 rəqəmlərdən ibarət şassi nömrəsi kustar üsulla həkk olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi