Ukraynanın paytaxtı Kiyevin dəmiryol vağzalında ötən gün baş vermiş güclü partlayışın ilkin səbəbi məlum olub.
“Report”un Şərqi Avropa bürosunun əməkdaşının hadisə yerindən əldə etdiyi məlumata görə, yeraltı keçid ərazisində partlayış mərmi parçasının ora düşməsi nəticəsində baş verib.
Ehtimal olunur ki, bu, hansısa atılmış və havada zərərsizləşdirilmiş raketin qalığıdır.
Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 20:50 radələrində olub. Zərbə vağzalın şüşələrini silkələyib və ərazidəki avtomobilin siqnalı işə düşüb.