Kiyevdə Çernobıla getmək istəyən azərbaycanlı ekstremal saxlanılıb - FOTO

Kiyevdə Çernobıla getmək istəyən azərbaycanlı ekstremal saxlanılıb - FOTO Bakı sakini barəsində qanun pozuntusuna görə prosessual sənəd tərtib olunub
Hadisə
11 Fevral , 2018 12:40
Kiyevdə Çernobıla getmək istəyən azərbaycanlı ekstremal saxlanılıb - FOTO

Bakı. 11 fevral. REPORT.AZ/ Kiyevdə Çernobıl AES-nin qadağan olunmuş şüalanma zonasına getmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı azərbaycanlı ekstremal UDSX və polis əməkdaşlarının birgə əməliyyatı nəticəsində tutulub.

"Xarici ölkə vətəndaşı qanunsuz olaraq Çerobıl AES-nin şüalanma zonasına getmək istəyib", — deyə məlumatda qeyd olunur.

Faktla bağlı Bakı sakini barəsində radiasiya təhlükəsizliyi rejimi tələblərini pozduğuna görə prosessual sənəd tərtib olunub.

Çernobıl AES Ukraynanın paytaxtı Kiyevin 100 kilometr şimalında, Pripyat qəsəbəsinin yaxınlığındakı ağaclıq və bataqlıq bölgədə yerləşir.

Son xəbərlər

Orphus sistemi