Kiyevdə azərbaycanlı iş adamını qaçıran şəxslər saxlanılıb

Kiyevdə azərbaycanlı iş adamını qaçıran şəxslər saxlanılıb Bakı. 29 yanvar. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı iş adamının qaçırılmasında əli olan iki şəxs saxlanılıb.
Hadisə
29 Yanvar , 2018 19:19
Kiyevdə azərbaycanlı iş adamını qaçıran şəxslər saxlanılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı iş adamının qaçırılmasında əli olan iki şəxs saxlanılıb.

"Report"un Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev Prokurorluğundan bildiriblər.

Məlumata görə, iş adamı 2017-ci il dekabrın 11-də yaşadığı evin həyətindən oğurlanaraq Kiyevo-Svyatoşinsk rayonunun qəsəbəsinə aparılıb.

"İki saylı Kiyev Yerli Prokurorluğunun vəsatətinə əsasən, 50 yaşlı Azərbaycan əsilli şəxsə və onunla əlbir olan 52 yaşlı şəxsə cinayəti törətməkdə şübhəli olduqları barədə məlumat verilib. Kiyevin Darnitsk Rayon Məhkəməsi onlar barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib", - prokurorluqda deyiblər.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları cinayətdə əli ola biləcək digər şəxslərin saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi