Yuxarı

Kiyevdə Azərbaycan vətəndaşı adam oğurluğu ittihamı ilə həbs olunub

Kiyevdə Azərbaycan vətəndaşı adam oğurluğu ittihamı ilə həbs olunub

Bakı. 31 iyul. REPORT.AZ/ Kiyevdə Azərbaycan vətəndaşı adam oğurluğu ittihamı ilə həbs olunub.

"Report"un əldə etdiyi məlumata görə, Ukrayna paytaxtının Darnitskiy rayon polisi tərəfindən Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Salman Hidayət oğlu Əsgərov saxlanılıb. 

Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

S.Əsgərov çoxsaylı adam oğurluğu və insan alveri maddələri ilə ittiham olunur. O, ittihamla razılaşmır, ciddi hüquqi yardıma ehtiyacı olduğunu bildirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi