Bakı. 7 mart. REPORT.AZ/ Ukrayna Milli Polisinin rəisi Xatiya Dekanoidze Kiyev polisi tərəfindən silsilə avtomobil oğurluğunda şübhəli bilinən azərbaycanlılardan ibarət növbəti qrupun yaxalandığını məlumat verib.
"Report" xəbər verir ki, bu barədə o, bazar ertəsi öz "facebook" səhifəsində yazıb.
"Polis əməkdaşları tərəfindən aparılan kompleks əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitələrinin oğurlanması ilə bağlı ən azı 8 epizodda iştirak edən 4 Azərbaycan vətəndaşı saxlanılıb", - deyə Dekanoidze bildirib.



