“Kimyaçı” Mədəniyyət Sarayında kimyaçıların övladları üçün Yeni il şənlikləri keçirilib

“Kimyaçı” Mədəniyyət Sarayında kimyaçıların övladları üçün Yeni il şənlikləri keçirilib Bakı. 4 yanvar. REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən kimyaçı ailələrinin uşaqları üçün Yeni il şənliyi təşkil olunub.
Hadisə
4 Yanvar , 2018 15:26
“Kimyaçı” Mədəniyyət Sarayında kimyaçıların övladları üçün Yeni il şənlikləri keçirilib

Bakı. 4 yanvar. REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən kimyaçı ailələrinin uşaqları üçün Yeni il şənliyi təşkil olunub.

“Report”a “Azərikimya”dan verilən məlumata görə, dekabrın 31-dən etibarən yeni istifadəyə verilmiş “Kimyaçı” Mədəniyyət Sarayı uşaqların ixtiyarına verilib. Günə 3 seans olmaqla 3 gün davam edən şənliklərdə 2 300 uşaq və onların valideynləri iştirak ediblər.

“Xoş müjdəli Yeni il” adlı bir saatlıq ədəbi, bədii və musiqili kompozisiyada Şaxta baba, Qar qız, köhnə ilin rəmzi olan Xoruz, Yeni ili təmsil edən Alabaş, Küpəgirən qarı, həmçinin “Kimyaçı” Mədəniyyət Sarayının bədii özfəaliyyət kollektivləri, rəqs qrupları və illuziyaçılar proqramlarla çıxış ediblər. Tədbir boyunca hər bir uşağa xüsusi yeni il hədiyyələri təqdim olunub.

Qeyd edək ki, “Kimyaçı” Mədəniyyət Sarayında keçirilən tədbirdən əlavə 450 kimyacı ailəsinin uşaqlarına Birliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Bakıdakı Əl Oyunları İdman Sarayında təşkil olunmuş Yeni İl şənliyində iştirak etmək imkanı yaradılıb.

Bununla da Yeni İl şənliklərində iştirak edən uşaqların sayı ümumilikdə 2 750 nəfər təşkil edib ki, bunlardan da 2 550 nəfəri kimyaçı ailələrinin, 200 nəfəri isə şəhid ailələri və aztəminatlı ailələrin övladları olub.

Son xəbərlər

Orphus sistemi