Yuxarı

Kikboks üzrə 5 qat dünya çempionu barəsində daha bir cinayət işi başlanılıb

Kikboks üzrə 5 qat dünya çempionu barəsində daha bir cinayət işi başla

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun barəsində daha bir cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, 294.1-ci (sübutları saxtalaşdırma, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham irəli sürülüb.

E.Məcidovla birgə Samir İsayev də ittiham olunur.

Hər iki şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb, Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fərid Əmirəliyevin icraatına verilib.

Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi