KİV: Xarkovda Azərbaycan vətəndaşı güllələnib

KİV: Xarkovda Azərbaycan vətəndaşı güllələnib "Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb
Hadisə
30 Mart , 2018 11:20
KİV: Xarkovda Azərbaycan vətəndaşı güllələnib

Bakı. 30 mart. REPORT.AZ/ Dünən axşam Ukraynanın Xarkov şəhərində restoran yaxınlığında baş verən atışma nəticəsində bir nəfər həlak olub, bir nəfər xəsarət alıb. 

"Report"un məlumatına görə, bu barədə Xarkov vilayəti polisinin məlumatında deyilir.

Yerli KİV-in məlumatına görə, atışma nəticəsində Azərbaycan vətəndaşı həlak olub, Gürcüstan vətəndaşı isə xəsarət alıb.

"Restoranlardan birində, təqribən, 10 nəfərdən ibarət qrup istirahət edib. Onlar restorandan çıxandan sonra bir neçə naməlum şəxs gözlənilmədən onlara yaxınlaşaraq silahdan atəş açıb", - polisin məlumatında deyilir.

"Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi