Keşlədə 70 yaşlı ahıl kişi yıxılaraq ölüb

Keşlədə 70 yaşlı ahıl kişi yıxılaraq ölüb Bakıda ahıl kişinin yıxılması ölümünə səbəb olub
Hadisə
9 İyun , 2021 03:19
Keşlədə 70 yaşlı ahıl kişi yıxılaraq ölüb

Bakıda ahıl kişinin yıxılması ölümünə səbəb olub.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1951-ci il təvəllüdlü Əfqanlı Əlikram Əlibaba oğlu qəfil yıxılıb. Hadisə nəticəsində onun başı yol kənarındakı səkiyə dəyib.

Ağır xəsarət alan Ə. Əlikram xəstəxanaya çatdırıb, ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Son xəbərlər

Orphus sistemi