Yuxarı

“Keşlə”nin baş məşqçisi: “Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi"

“Keşlə”nin baş məşqçisi: “Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi"

Bakı. 9 mart. REPORT.AZ/ “Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə “sağ ol” deyirəm”.

“Report”un məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”yə 2:3 hesablı məğlubiyyətdən sonra deyib.

Ukraynalı mütəxəssis bildirib ki, emosiyalara qapılıb başqa söz demək istəmir: “Uşaqlar yaxşı oynadılar. İki dəfə hesabda geri düşsək də, tarazlığı bərpa etdik. Amma sonra 3-cü qolu buraxdıq. Öz səhvimi etiraf etmək istəyirəm. Denis Silvanı dəyişməklə səhvə yol verdim. O, zədə aldı, yorulduğunu hiss etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədir. Futbolçular layiqli şəkildə mübarizə apardılar. Emosiyalara qapılıb başqa sözlər demək istəmirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi