Bakı. 14 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" (əvvəlki "İnter") futbol klubunun “Mediland” MMC-yə qarşı apellyasiya şikayətinə baxılıb.
"Report"un məlumatına görə, hakim Afaq Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, "Keşlə"nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Mediland” MMC "Keşlə" futbol klubunu məhkəməyə verib. 2 saylı Bakı
Məhkəmə iddianı qismən təmin edib.
Qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verib.