Yuxarı

Keşlə dəmir yolu stansiyasından oğurluq edən şəxslərin ibtidai istintaqı yekunlaşıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Keşlə dəmir yolu stansiyasının ərazisindən oğurluq etməkdə təqsirləndirilən İnam Abbasov Əhliman Şahpələngovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report" xəbər verir ki, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində zərərçəkmiş qismində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamenti göstərilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 25-də Keşlə dəmir yolu stansiyasının ərazisində baş verib. Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin ərazidən 5 ədəd dəmir lövhə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Abbasov və əvvəllər məhkum olunmuş Ə.Şahpələngov saxlanılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi