Bakı. 20 may. REPORT.AZ/ Bu gün Gəncənin Kəpəz rayonunda yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.