Kəngərlidə iki həftə əvvəl yol qəzasında xəsarət alan 47 yaşlı kişi xəstəxanada ölüb

Kəngərlidə iki həftə əvvəl yol qəzasında xəsarət alan 47 yaşlı kişi xəstəxanada ölüb Kəngərli rayonunda iki həftə öncə ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.
Hadisə
18 fevral 2025 06:38
Kəngərlidə iki həftə əvvəl yol qəzasında xəsarət alan 47 yaşlı kişi xəstəxanada ölüb

Kəngərli rayonunda iki həftə öncə ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə fevralın 4-də Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində baş vermişdi.

Qəza zamanı Kəngərli rayon Qıvraq qəsəbə sakinləri - 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onu həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət almışdı.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən və koma vəziyyətində olan N.Rzayev bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi