Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib

Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində partlayış baş verən əraziyə gəlib.
Hadisə
3 aprel 2022 06:02
Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib.

K.Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi