Kəlbəcərdə avtomobil aşıb, ölən var

Kəlbəcərdə avtomobil aşıb, ölən var Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.
Hadisə
1 sentyabr 2024 06:15
Kəlbəcərdə avtomobil aşıb, ölən var

Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.

Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi