Keçmiş universitet müəllimi məhkəmədə dindirilib

Keçmiş universitet müəllimi məhkəmədə dindirilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və oğurluqda təqsirləndirilən Mehriban Mustafayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
5 Aprel , 2019 17:07
Keçmiş universitet müəllimi məhkəmədə dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və oğurluqda təqsirləndirilən Mehriban Mustafayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, M.Mustafayeva evində kirayədə qaldığı Raya Kərimovaya qarşı 5500 manatlıq, onun qızı Lalə Kərimovaya qarşı 76315 manatlıq və Svetlana Nəsibzadəyə qarşı isə 11689 manatlıq dələduzluq edib. O, həmin şəxslərin etibarından sui-istifadə edərək qızıl-zinət əşyalarını alıb baha qiymətə satacağı vədini verib. Daha sonra M.Mustafayeva verdiyi vədə əməl etməyib.

Bundan başqa, o, R.Kərimovanın mənzilindən bahalı əşyaları oğurlayıb.

Məhkəmədə elan olunmuş ittiham üzrə M.Mustafayeva özünü qismən təqsirli bildiyini deyib. O, dələduzluq əməlini etiraf etsə də, oğurluq etmədiyini söyləyib.

Prosrsdə zərərçəkmiş qismidə R.Kərimova ifadə verib. O qeyd edib ki, M.Mustafayeva onun evində kirayədə qalıb: "Çox kasıb idi, ona köməklik edirdim. Münasibətimiz yarandı. Sonra Mehriban alverçi olduğunu dedi. Biznesə görə məndən qızıllar istədi. Razılaşdım, ona qızıl verdim. Bir qədər keçəndən sonra qaytardı, sonra yenə qızıl verdim. Amma həmin qızılı geri qaytarmadı".

R.Kərimova söyləyib ki, M.Mustafayeva ona qarşı 5500 manat dəyərində dələduzluq edib, evidən isə oğurluq edib.

O bildirib ki, M.Mustafayeva onun qızı Lalə Kərimovaya da qarşı 76315 manatlıq dələduzluq edib.

Məhkəmədə dindirilən L.Kərimova qeyd edib ki, təzələmək məqsədi ilə qızıllarını M.Mustafayevaya verib. O, 76315 manatlıq ziyana düşdüyünü vurğulayıb: "Mehriban qızılları ucuz alıb, baha satırdı. Sonra məni aldatdı".

Digər zərərçəkmiş Svetlana Nəsibzadə də ifadə verib. O deyib ki, daha əvvəl Azərbaycan Beynəlxalq Universitetində müəllimə kimi çalışıb, universitet bağlanandan sonra Laçın Ticarət Mərkəzidə paltar mağazası işlədib: "Mən 43 il təhsil ocaqlarında müəllimə işləmişəm. Mehribanı rəfiqəm Raya xanım vasitəsi ilə tanımışam. Satılası qızıllarım var idi. Mehribana verdim, o, əvvəl satıb pulunu gətirdi. Sonrakı qızıllarımın pulunu isə qaytarmadı".

S.Nəsibzadənin sözlərinə görə, ona, ümumilikdə, 11689 manat ziyan dəyib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Xatırladaq ki, M.Mustafayeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi