​Keçmiş prokurorluq işçisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

​Keçmiş prokurorluq işçisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Şikayətə hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılır
Hadisə
26 Oktyabr , 2015 10:30
​Keçmiş prokurorluq işçisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Əmrulla Sənan oğlu Şirvanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Report”un xəbərinə görə, şikayətə hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılır.

Qeyd edək ki, əvvəllər prokurorluq orqanlarında çalışmış Ə.Şirvanov Azərbaycan Respublikasının Baş Prokurorluğunu məhkəməyə verib. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Ə.Şirvanov məzuniyyət pulunun ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia tələbini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi