Keçmiş prokurorluq əməkdaşının kassasiya şikayəti təmin edilməyib

Keçmiş prokurorluq əməkdaşının kassasiya şikayəti təmin edilməyib Bakı. 12 yanvar. REPORT.AZ/ Ali Məhkəmədə Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirov barəsində tətbiq edilmiş şərti məhkumetmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
12 Yanvar , 2019 18:00
Keçmiş prokurorluq əməkdaşının kassasiya şikayəti təmin edilməyib

Bakı. 12 yanvar. REPORT.AZ/ Ali Məhkəmədə Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirov barəsində tətbiq edilmiş şərti məhkumetmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Nəsirovun kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, S.Nəsirov zərərçəkmiş şəxslərə, ümumilikdə, 150 min manatdan çox dələduzluq edib.

Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru S.Nəsirov barəsində prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi S.Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də qərarı dəyişməyib.

Qeyd edək ki, S.Nəsirov barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib. Həmçinin Bakı Apellyasiya Məhkəməsi də onun apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi