Keçmiş polis rəisinin barəsində daha bir cinayət işi başlanılıb

Keçmiş polis rəisinin barəsində daha bir cinayət işi başlanılıb Bakı. 15 yanvar. Bakı. 15 yanvar. REPORT.AZ/ Həyat yoldaşı dələduzluqda təqsirləndirilərək həbs edilən Binəqədi rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi, polis mayoru Mahir Əkbərovun barəsində dah bir cinayət işi başlanılıb. Reportun xəbərinə görə, M.Əkbərovun işi üzrə Yasamal Rayon Məhkəməsində araşdırma aparılıb.
Hadisə
15 Yanvar , 2018 12:12
Keçmiş polis rəisinin barəsində daha bir cinayət işi başlanılıb
Bakı. 15 yanvar. Bakı. 15 yanvar. REPORT.AZ/ Həyat yoldaşı dələduzluqda təqsirləndirilərək həbs edilən Binəqədi rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi, polis mayoru Mahir Əkbərovun barəsində dah bir cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, M.Əkbərovun işi üzrə Yasamal Rayon Məhkəməsində araşdırma aparılıb.

Məhkəmədə hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Əkbərov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinib və o, 500 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, M.Əkbərovun həyat yoldaşı Leyla Əkbərova vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib.

O, vətəndaşları işə düzəltmək, universitetə qəbul etdirmək, diplom almasına kömək etmək vədləri verərək bu əməlləri törədib.

Zərərçəkənlərdən biri olan Anara Məmmədova bildirib ki, onu işə düzəltmək adı ilə 100 min manatdan çox pul alıb. Bu işdə M.Əkbərovun anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə verib.

Bu məhkəmə prosesi ərəfəsində M.Əkbərov mətbuata açıqlama verərək zərərçəkmiş Anara Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov haqda ittihamlar irəli sürüb. O iddia edib ki, D.Məmmədov işlədiyi şirkətdə maliyyə maxinasiyalarına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir.

Bundan sonra D.Məmmədov Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib.

Xatırladaq ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apelyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Bu məhkəmə prosesindən sonra zərərçəkmiş A.Məmmədova prokurorluğam rəsmi qaydada ərizə ilə müraciət edib. O, M.Əkbərovun arvadı ilə əlbir olmaqda, onun barəsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ittihamı ilə cinayət işi başlanmasını istəyib.

Lakin prokurorluqda aparılan araşdırmalardan M.Əkbərovun barəsində olan cinayət təqbinə xitam verilib.

Son xəbərlər

Orphus sistemi