Yuxarı
    Bağlamaq

    Keçmiş polis rəisinin arvadı apellyasiya şikayəti verib

    İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq© Report.az

    Bakı. 25 iyul. REPORT.AZ/ Dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərova barəsində olan hökmdən apellyasiya şikayəti verib.

    “Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiirləcək iclas iyulun 26-na təyin edilib.

    İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

    L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi