Keçmiş MTN polkovniki apellyasiya şikayəti verib

Keçmiş MTN polkovniki apellyasiya şikayəti verib İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
18 Avqust , 2017 10:57
Keçmiş MTN polkovniki apellyasiya şikayəti verib
Report

Bakı. 18 avqust. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, apellasiya şikayəti bu gün Bakı Hərbi Məhkəməsinə təqdim edilib.

M.Əsgərov şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

Bakı Hərbi Məhkəməsində, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılmalıdır.

Son xəbərlər

Orphus sistemi