Keçmiş MTN mayoru apellyasiya şikayəti verib

Keçmiş MTN mayoru apellyasiya şikayəti verib O, bəraət istəyir
Hadisə
21 Noyabr , 2017 09:52
Keçmiş MTN mayoru apellyasiya şikayəti verib

Bakı. 21 noyabr. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə "Report"a onun vəkili Anar Qasımlı bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim edilib.

Vəkil bildirib ki, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, hökmə əsasən, Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların əmlakı müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Son xəbərlər

Orphus sistemi