Keçmiş MTN-in şöbə rəisinin həyat yoldaşı müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı apellyasiya şikayətindən imtina edib

Keçmiş MTN-in şöbə rəisinin həyat yoldaşı müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı apellyasiya şikayətindən imtina edib Məhkəmə apellyasiya baxışına xitam verilməsi ilə bağlı qərar çıxarıb
Hadisə
2021
30 Noyabr , 2018 17:50
Keçmiş MTN-in şöbə rəisinin həyat yoldaşı müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı apellyasiya şikayətindən imtina edib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun ailə üzvlərinin müsadirə olunan əmlaklarla bağlı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi keçirilən prosesdə elan olunub ki, apellyasiya şikayətindən imtina edilib.

Məhkəmə apellyasiya baxışına xitam verilməsi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərar da çıxarıb.

Hökmdən narazı qalan V.Ələkbərov və zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Ələkbərovun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. Zərərçəkmişlərin apellyasiya şikayəti isə təmin edilməyib.

Xatırladaq ki, V.Ələkbərovun ailə üzvləri birinci instansiya məhkəməsinin qərarından narazı idi. Sabiq şöbə rəisinin həyat yoldaşı Şəhla Ələkbərova əmlaklarla bağlı apellyasiya şikayəti vermişdi. Ş.Ələkbərova V.Ələkbərovun məhkəmə qərarı ilə müsadirə olunan əmlaklarının geri qaytarılmasını tələb edirdi.

Son xəbərlər

Orphus sistemi