Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxslər dindirilib - YENİLƏNİB

Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxslər dindirilib - YENİLƏNİB Bakı. 9 yanvar. REPORT.AZ/ Məhkəmə iclasında daha sonra agentura epizodu ilə bağlı keçmiş MTN əməkdaşları və DTX əməkdaşları dindirilib.
Hadisə
124
9 Yanvar , 2018 15:14
Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxslər dindirilib - YENİLƏNİB
General Natavan Mirvətova / Report

Bakı. 9 yanvar. REPORT.AZ/ Məhkəmə iclasında daha sonra agentura epizodu ilə bağlı keçmiş MTN əməkdaşları və DTX əməkdaşları dindirilib.

"Report"un xəbərinə görə, məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.


*** 12:48

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dinləmə epizodu üzrə təqsirləndirilən şəxslər dindirilir.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.

Son xəbərlər

Orphus sistemi