Keçmiş MTN generalının məhkəməsi təxirə salınıb

Keçmiş MTN generalının məhkəməsi təxirə salınıb Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.
Hadisə
28 Noyabr , 2017 10:46
Keçmiş MTN generalının məhkəməsi təxirə salınıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

“Report”un məlumatına görə, buna səbəb Bakı Hərbi Məhkəməsində davam etdirilən digər sabiq MTN generalı Elçin Quliyev və keçmiş MTN əməkdaşı Azər Mehdiyevin cinayət işinə baxan məhkəmə kollegiyasının ötən gün müşavirəyə yollanması olub.

Hakimlər kollegiyası həmin şəxslərə hökmü elan edəndən sonra S.Qurbanov və digərlərinin cinayət işi üzrə məhkəməsini keçirəcək.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.

Son xəbərlər

Orphus sistemi