Keçmiş MTN generalı məhkəmədə ifadə verib - YENİLƏNİB

Keçmiş MTN generalı məhkəmədə ifadə verib - YENİLƏNİB Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib
Hadisə
23 Noyabr , 2017 17:53
Keçmiş MTN generalı məhkəmədə ifadə verib - YENİLƏNİB

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Report”un məlumatına görə, günün ikinci yarısında davam etdirilən prosesdə də dinləmə epizodu üzrə araşdırma aparılıb. 

Qapalı keçirilən iclasda təqsirləndirilən Zaur Məmmədovla Natiq Alıyev ifadə veriblər. Onlar ittihamları rədd etdiklərini bildiriblər. Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.


*** 14:35

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dinləmə epizodu ilə bağlı araşdırma aparılıb.

Sonra təqsirləndirilən şəxslərdən T.Quliyev və N.Alıyev ifadə verib.

Hazırda iclasda fasilə elan olunub.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.

Son xəbərlər

Orphus sistemi