Yuxarı

Pula görə tanışını öldürən keçmiş məhkumun apellyasiya şikayətinə baxılır

Keçmiş məhkumun apellyasiya şikayətinə baxılır

Bakı. 9 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.

Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib.

Bakı şəhər sakini K.Əsgərov münaqişə zəmnində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəyə səbəb pul üstündə mübahisə olub.

Belə ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra V.Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Lakin K.Əsgərov bununla razılaşmayaraq pulu İsrafilə qaytaracağını bildirib.

Daha sonra V.Cəfərov K.Əsgərovun ünvanına söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə K.Əsgərov üzərində gəzdirdiyi bıçaqla V.Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.

O, əvvəllər də məhkumluq həyatı yaşayıb. Hətta sonuncu cinayətini törətdiyindən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin hökmü ilə şərti azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi