Keçmiş məhkumu öldürən şəxsin məhkəməsi başlayır

Keçmiş məhkumu öldürən şəxsin məhkəməsi başlayır Yevlax rayonunda keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Murad Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Fevral , 2020 12:21
Keçmiş məhkumu öldürən şəxsin məhkəməsi başlayır

Yevlax rayonunda keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Murad Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nihad Mirzəyevin icraatında olan iş üzrə hazırlıq iclası fevralın 27-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Yevlax rayonu Malbinəsi kənd sakini, keçmiş məhkum Nicat Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yevlax Rayon Polis Şöbəsi və prokurorluq orqanlarının əməkdaşları tərəfindən qətli törədən şəxsin tapılması üçün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, mərhumun qohumu və həmkəndlisi Murad Hüseynov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi