Keçmiş məhkumlardan silah-sursat götürüldü

Keçmiş məhkumlardan silah-sursat götürüldü Bakı və Şəki sakinlərində silah-sursat aşkarlanıb.
Hadisə
24 İyul , 2020 13:12
Keçmiş məhkumlardan silah-sursat götürüldü

Bakı və Şəki sakinlərində silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş C.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi