Keçmiş məhkumdan tapança və narkotik götürülüb

Keçmiş məhkumdan tapança və narkotik götürülüb Bakıda narkotik maddə və silah saxlayan şəxs saxlanılıb.
Hadisə
14 may 2020 08:01
Keçmiş məhkumdan tapança və narkotik götürülüb

Bakıda narkotik maddə və silah saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib.

Daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan E.Abbasovdan “İJ-79-7T” markalı tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. 

Son xəbərlər

Orphus sistemi