Yuxarı

Keçmiş məhkum yenidən məhkəməyə çıxarılır

Keçmiş məhkum yenidən məhkəməyə çıxarılır

© google.az

Göyçay şəhərində adam bıçaqlamaqda təqsirləndirilən Vasif Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 5-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.

Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Əbülfəz Əvəz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ə.Nəcəfovu bıçaqlayaraq qaçan Göyçay şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşamış, 1989-cu il təvəllüdlü Vasif Rüstəmov Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi