Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı

Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı Komendant postunda saxlanılan şəxsdə səs siqnalı üçün nəzərdə tutulmuş tapança aşkar edilib.
Hadisə
12 Dekabr , 2020 14:21
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı

Komendant postunda saxlanılan şəxsdə səs siqnalı üçün nəzərdə tutulan tapança aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində qurulmuş komendant postunda Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Abbasovun idarə etdiyi “BMW” markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı polis əməkdaşları K.Abbasovdan “Umarex 343-C1866” markalı səs siqnalı üçün nəzərdə tutulan tapança aşkar edərək götürüblər.

Son xəbərlər

Orphus sistemi