Keçmiş məhkum ədavətdə olduğu şəxsin evindən oğurluq etdi

Keçmiş məhkum ədavətdə olduğu şəxsin evindən oğurluq etdi Gədəbəy rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
4 Mart , 2020 20:34
Keçmiş məhkum ədavətdə olduğu şəxsin evindən oğurluq etdi

Gədəbəy rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Gədəbəy rayonunun Kəsəmən kənd sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə pəncərəni sındırmaq yolu qanunsuz daxil olaraq 3 500 manat pulunu oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qızıltorpaq kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 34 yaşlı Çingiz İbrahimov saxlanılaraq şöbəyə gətirilib.

O, dindirilmə zamanı oğurluq hadisəsini zərərçəkən ilə şəxsi ədavəti olduğuna görə törətdiyini bildirib. Bundan başqa, istintaq zamanı Ç.Poladovun Tovuz rayonunda da analoji cinayət hadisəsini törətdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi